15 sentyabr 2025 11:36
85

“Turan Tovuz”da ilk

Ayxan Hüseynov Misli Premyer Liqasında 100-cü oyununu keçirib. “Turan Tovuz”un 26 yaşlı yarımmüdafiəçinin yubileyi IV tura təsadüf edib. O, “Qəbələ” ilə ev matçının (1:0) gedişində meydana daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qeyd edilib ki, Hüseynov bu 100 qarşılaşmada 13 qola imza atıb. Premyer Liqada yalnız bir klubun formasını geyinən futbolçu “Turan Tovuz”da 100 çempionat matçına çıxan ilk oyunçu olub. O, Premyer Liqada 2022/23 mövsümündə debüt edib.

Qeyd edək ki, Ayxan Azərbaycan çempionatlarında 100 və daha çox oyun keçirən 442-ci futbolçudur. Onun eyni klubda 100-ə çatması isə 206-cı belə yubileydir.