15 sentyabr 2025 00:30
121

2-ci Liqa: "Xankəndi" "Quba"nı, "Şəki" “Araz Saatlı”nı darmadağın etdi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Xankəndi” “Quba” ilə ev oyununda 4 cavabsız qolla qalib gəlib. “Şəki” isə “Araz Saatlı” ilə səfər oyunundan 12 cavabsız qolla qalib ayrılıb.

2-ci turun qalan görüşləri sentyabrın 15-də və 16-da keçiriləcək.

2-ci Liqa

2-ci tur

14 sentyabr (bazar)

13:00. “Xankəndi” 4–0 “Quba”
Qollar: Pərviz Qaraxanov, 16; Elməddin Hüseynzadə, 30; Bəhruz Teymurov, 72; 74.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Mirnihat Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança).

16:30. “Araz Saatlı” 0–12 “Şəki”
Qollar: Cavid İmamverdiyev, 4; 17-pen; 27-pen; 55; 88. Saleh Süleymanov, 11; 60. Rafiq Abdullayev, 13 – öz qapısına. Rauf Məhərrəmov, 38; 61. Kazbək Qafarov, 40. Nurlan Novruzov, 68.
Hakimlər: Nəriman Ağayev, Safalı Ağayev, Rəşad Quliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.