“Çelsi” “Yuventus”un gənc hücumçusu Kenan Yıldızı heyətinə qatmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, Turin klubu oyunçunun qiymətini 100 milyon avro olduğunu bildirib.
“Fichajes”in məlumatına görə, “Yuventus” Kenanı gələcək planlarının mərkəzində görür və yalnız rekord səviyyəli təklif gəldiyi halda satmağa razı ola bilər.
Türkiyə millisinin gənc ulduzu artıq Avropanın ən çox izlənilən istedadlarından birinə çevrilib. Onun adı bir neçə top-klubun transfer gündəmində olsa da, ən ciddi marağı “Çelsi” göstərir.