13 sentyabr 2025 18:47
149

"İmişli"yə texniki məğlubiyyət veriləcək?

Misli Premyer Liqasının IV turunda "İmişli" komandasına texniki məğlubiyyət veriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

Qeyd edilib ki, buna "Sumqayıt"la oyunda adı protokolda olmayan futbolçunun meydana girməsi səbəb olub. 

İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb. 

Qarşılaşma "İmişli"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

72-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin qapıçısı Mehdi Cənnətov avtoqol müəllifi olub.