Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 67,297 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.
Avqustda Türkiyə Azərbaycana 11,523 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20 % çoxdur.
Türkiyənin 8 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 2,3 % artaraq 10 milyard 984 milyon ABŞ dolları, avqustda isə 1,3 % azalaraq 1 milyard 386 milyon ABŞ dolları olub.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub