İspaniya ötən çərşənbə günü Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanına daxil olmasından sonra NATO-nun şərq cinahının təhlükəsizliyinə və qarşısının alınmasına töhfəsini artıracaq.
“İki sahil” xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin sosial mediada yayımlanan məlumatında təfərrüatlar açqlanmayıb.
İspaniyanın baş nazir Pedro Sançes Rusiyanın dron hücumları və Alyansın şərq cinahını gücləndirmək üçün həyata keçirəcəyi yeni əməliyyat haqqında deyib: “Putin bizi qorxutmayacaq”.
Sosial mediada yayımladığı mesajda Sançes İspaniyanın, artıq Latviya, Litva və digər ölkələrdə yerləşdirilənlərə əlavə olunacaq hava resursları ilə Alyansın bu yeni əməliyyatında iştirak edəcəyini təsdiqləyib və "onların lazım olduğu qədər orada olacaqlarına" əmin olduğunu qeyd edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”