Yəmən husiləri İsrailin paytaxtı Təl-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raket hücumu həyata keçirdiklərini açıqlayıb.
“İki sahil” "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.
"Raket Qüvvələrimiz hipersəsli kasetli ballistik raketdən istifadə edərək Yaffadakı hədəflərə əməliyyat keçirib", – o deyib.
Sariyanın sözlərinə görə, hücumun məqsədi Fələstin xalqına dəstək olub.
"Qəzzadakı qardaşlarımıza dəstək üçün əlavə əməliyyatlar keçirməyə davam edəcəyik", - o əlavə edib.
ABŞ dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edərək İranın blokadasını sərtləşdirir
Pentaqon rəhbəri müvəqqəti hakimiyyətlə danışıqlar aparmaq üçün Venesuelaya səfər edib
Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında təklifi dəstəkləyib