Ermənistanla Azərbaycan arasındakı Şülh sazişinə son imzalar atıldıqdan dərhal sonra Türkiyə ilə Ermənistan arasındakı normallaşma sürətli şəkildə həyata keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fodan İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunda (IAI) keçirilən konfransda ifadə edib.
Fidan Qarabağda işğal altındakı ərazilərin azad edilməsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh və Azərbaycanla münasibətlər baxımından tarixi addım atdığını, bunun üçün onu təqdir etdiyini bildirib.
Bu prosesə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən diplomat ABŞ Prezidenti Donald Trampın da Vaşinqtonda tarixi anlaşmanı möhkəmləndirdiyini deyib.
Fidan yekun imzaların gələn ilin ilk yarısında atılacağını gözlənildiyini deyib.
ABŞ dəniz yolu ilə neft daşınmasına məhdudiyyətlər tətbiq edərək İranın blokadasını sərtləşdirir
Pentaqon rəhbəri müvəqqəti hakimiyyətlə danışıqlar aparmaq üçün Venesuelaya səfər edib
Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında təklifi dəstəkləyib