Azərbaycan Turizm Bürosu tərəfindən Qazaxıstan və Özbəkistandan olan 16 aparıcı turizm şirkəti nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
“İki sahil” xəbər verir ki, səfərin məqsədi Azərbaycanın sağlamlıq turizm imkanlarını nümayiş etdirmək və ölkələrin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələri gücləndirməkdir.
Səfər zamanı iştirakçılar Lənkəran, Gəncə və Naftalan bölgələrini ziyarət edərək, sağlamlıq turizm imkanları barədə məlumatlandırılıblar.
Tanışlıq səfəri çərçivəsində yeni biznes tərəfdaşlıqları qurmaq və Azərbaycanı cəlbedici turizm destinasiyası kimi tanıtmaq məqsədilə 50-yə yaxın yerli turizm sənayesi nümayəndəsinin Qazaxıstan və Özbəkistan turizm şirkətləri ilə B2B görüşü keçirilib.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi