Araz çayı sahilində su ehtiyatlarının monitorinqi üçün yeni müşahidə məntəqələrinin yaradılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdürü Rafiq Verdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri" adlı panel müzakirələrində deyib.
R. Verdiyev qeyd edib ki, məntəqənin fəaliyyəti su ehtiyatlarının idarə olunması və iqlim dəyişmələrinə adaptasiya tədbirlərinin effektivliyinin qiymətləndirilməsi üçün mühüm rol oynayacaq.
Onun sözlərinə görə, Azərbaycanda çayların rejiminin və su ehtiyaclarının qiymətləndirilməsi üçün yaradılan 148 məntəqədən 40-ı artıq avtomatlaşdırılmış məlumat yığımı həyata keçirir.
"148 məntəqədən 64-ü hələ tam işə qoşulmayıb, lakin onların avadanlaşdırılması üçün işlər aparılır. İşğaldan azad edilən Qarabağ bölgəsində artıq 12-13 yeni müşahidə məntəqəsi qurulub, Araz sahilində isə əlavə məntəqələrin yaradılması planlaşdırılır".
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev
Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dövlət hansı hallarda nəzarət edir? - OXUYUN XƏBƏRİNİZ OLSUN