11 sentyabr 2025 18:52
113

Neftçalada bir yaşlı körpə anasının qucağından yerə düşərək ölüb

Neftşalada bir yaşlı körpə ana qucağından düşərək ölüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun II Qaralı kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızı qucağında olan əkiz uşaqlarından biri - 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb.

Faktla bağlı araşdırma aparılır.