Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Yuxarı Salahlı ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC