Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 4 obyekt çıxarılıb. Obyektlərin aylıq icarə qiyməti 8 min manatla 212 min manat arasında dəyişir.
“İki sahil” Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hazırkı müsabiqəyə çıxarılan 4 obyekt Gəncə, Şamaxı şəhərlərində, Oğuz və Qazax rayonlarında yerləşir. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqənin yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.
Sifarişçilər müsabiqədə iştirak etmək üçün 2025-ci il oktyabrın 3-dək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev
Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dövlət hansı hallarda nəzarət edir? - OXUYUN XƏBƏRİNİZ OLSUN