2024-cü ildə dövlət sektorunda büdcədənkənar vəsaitlər hesabına əməyin ödənişi xərcləri 39,7 milyon manat və ya 13,5% artıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının əməkdaşı Vüsalə Rüstəmova qeyd edib.
Onun sözlərinə görə, bu artım dövlət büdcəsindəki müvafiq xərclərin artım tempindən 10,1 faiz bəndi çox olub. 2024-cü ildə büdcədənkənar xərclərdən 333,1 milyon manat (cəmi büdcədənkənar xərclərin 47,1%-i) əməkhaqqına yönəldilib. Müəllif vurğulayıb ki, bu hal dövlət sektorunda müxtəlif orqanlar üzrə əməkhaqqı fondlarında disproporsiyaların yaranmasına səbəb olur və proqnozlaşdırmada xüsusi diqqət tələb edir.