2024-cü ildə bir mənbədən satınalma metodu üzrə 9781 prosedur keçirilib ki, bu da ümumi sayın 49,9%-ni təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının əməkdaşları Məcid Miriyev və Nərmin Cəfərova qeyd ediblər.
Müəlliflərin sözlərinə görə, bu üsulla aparılan satınalmaların məbləği 5355 milyon manat olub və ümumi məbləğin 54,4%-ni təşkil edib. Bu metodun geniş tətbiqi əsasən təcili tələbat (63,8%) və konkret təchizatçının unikal mövqeyi (42,6%) ilə izah olunur. Qeyd edilib ki, bəzən rəqabət şəraitində də “tək təchizatçı” əsası ilə bir mənbədən satınalma hallarına rast gəlinib.