10 sentyabr 2025 15:11
124

Belarus neftin Macarıstana tranzitinə zəmanət verir - Siyarto

Belarus Macarıstana etibarlı neft tranzitini təmin etməyə davam edəcək.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto belaruslu həmkarı Maksim Rıjenkovla danışıqlardan sonra bildirib. O vurğulayıb ki, Belarus “Drujba” kəməri ilə tədarük olunan neftin həcminin təxminən 73%-ni təmin etməklə ölkənin enerji resursları ilə təmin olunmasında əsas tərəfdaşdır.

"Nazir məni əmin etdi ki, Belarus tranzitə zəmanət verəcək", - Peter Siyarto bildirib. 

O qeyd edib ki, ötən il Macarıstan Belarusdan 5 milyon tondan çox, bu il isə 3 milyon tona yaxın neft alıb.