09 sentyabr 2025 22:25
146

Üç yaşlı uşaq binadan yıxılaraq ölüb

Gəncədə üç yaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.

“İki sahil” xəbər verir ki, 2022-ci il təvəllüdlü M.M. ehtiyatsızlıqdan binanın 7-ci mərtəbəsindən yıxılıb.

Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.