09 sentyabr 2025 19:22
146

Polşa-Belarus sərhədinin bağlanması müvəqqəti olacaq

Polşa daxili işlər naziri Marçin Kervinski bildirib ki, müvəqqəti tədbir kimi Belarusla sərhədi bağlamaq nəzərdən keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə TVP İnfo məlumat yayıb.

Nazir qeyd edib ki, sərhəd keçidləri yalnız Polşanın və onun vətəndaşlarının təhlükəsizliyinə tam əminlik olduqda açılacaq. "Sərhəd keçidləri yalnız o zaman açılacaq ki, biz Belarus tərəfindəki vəziyyətin Polşa və onun vətəndaşları üçün təhlükə yaratmadığına 100% əmin olacağıq, - deyə Kervinski bildirib.