09 sentyabr 2025 19:11
229

Macarıstan "Şell" şirkəti ilə razılığa gəldi

Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkənin Amerikanın "Şell" şirkəti ilə 10 illik müqavilə imzaladığını açıqlayıb. Bu müddət ərzində Macarıstana 2 milyard kubmetr qaz tədarük ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Siyarto sosial şəbəkə hesabında yazıb: “Şell" ilə müqavilə bizə yeni resursları ölkəmizin təchizatına daxil etməyə və mövcud olanları qoruyub saxlamağa imkan verəcək”. Onun sözlərinə görə, saziş 2026-cı ildə qüvvəyə minəcək.

O, həmçinin qeyd edib ki, Macarıstanın Rusiya ilə qaz tədarükü üzrə müqavilələri çox sabit baza yaradır. Ölkə Qərb tədarükçüləri ilə razılaşmalar yolu ilə bu bazanı gücləndirməyə çalışır.