İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının növbəti təlimi baş tutub.
“İki sahil” xəbər verir ki, təlim iki sessiyadan ibarət olub. Birinci sessiyada innovasiya anlayışı, innovasiya prosesinin mərhələləri və bu sahədə tətbiq olunan metodologiyalar müzakirə olunub. İkinci sessiya isə məhsul inkişafına həsr edilib və burada iştirakçılara yeni məhsulların bazara çıxarılması, müasir yanaşmaların tətbiqi və startap mühitində uğur üçün vacib olan strategiyalar barədə geniş məlumat təqdim olunub.
Sessiyalar Türkiyədə fəaliyyət göstərən Niğde Texnoparkının baş direktoru Rıfat Battaloğlu tərəfindən aparılıb. Təlim interaktiv formatda həyata keçirilib və iştirakçılara müzakirələrdə aktiv iştirak etmək, suallar vermək və real nümunələr üzərində biliklərini möhkəmləndirmək imkanı yaradılıb.
İştirakçılar sessiyalar zamanı:
innovasiya və məhsul inkişafının praktiki aspektləri ilə yaxından tanış olublar;
texnologiyaya əsaslanan layihələrin idarə edilməsində tətbiq olunan effektiv yanaşmaları öyrəniblər;
startapların qlobal bazarda rəqabətə davamlı olmasını təmin edən üsulları müzakirə ediblər.
“Startup School 3” layihəsi çərçivəsində reallaşdırılan “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı startap komandalarına yalnız investisiya imkanları deyil, həm də liderlik, komanda idarəetməsi, rəqəmsal alətlərdən istifadə, süni intellekt, marketinq, biznes strategiyaları və hüquqi biliklər üzrə kompetensiyalarını artırmaqla innovasiya ekosistemində uğurla mövqe qazanmaq imkanı təqdim edir.
“Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı startap komandalarına yalnız investisiya cəlb etmək imkanı deyil, həm də rəqəmsal alətlərdən səmərəli istifadə, liderlik, komanda idarəetməsi, , süni intellekt, marketinq, biznes strategiyaları və hüquqi biliklər üzrə bacarıqlarını inkişaf etdirməklə innovasiya ekosistemində dayanıqlı uğur qazanmaq üçün geniş imkanlar yaradır.