Ukrayna millisi sabah meydanda öz gücünü göstərməyə çalışacaq.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb.
"Rəqib komandanın baş məşqçisinin bu gün postundan ayrılması bizim oyunumuza da yəqin ki, təsir edəcək. İstənilən halda bu matça ciddi hazırlaşmışıq. Sabah meydanda öz gücümüzü göstərməyə çalışacağıq. Baş məşqçi Fernandu Santuşun Azərbaycan millisindən getməsi yəqin ki, rəqib komandanın futbolçularına xüsusi motivasiya verəcək. Onlar da qələbə üçün meydana çıxacaqlar. Lakin biz 3 xalı qazanan tərəf olmaq istəyirik".
Qeyd edək ki, sentyabrın 9-da "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.