08 sentyabr 2025 17:53
123

AFFA prezidenti: Strategiyamızın ən əsas məqsədlərindən biri uşaq futbolunun inkişafıdır

AFFA-nın strategiyasının əsas məqsədlərindən biri uşaq futbolunun inkişafıdır. 

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövşən Nəcəf 247 saylı məktəbdə futbol meydançasının açılışı zamanı deyib.

O, futbolun məşhurlaşmasının da önəminə toxunub:

"Bildiyiniz kimi bizim strategiyamızın ən əsas məqsədlərindən biri uşaq futbolunun inkişafıdır. Eyni zamanda futbolun populyarlaşmasıdır. Həmçinin uşaqların məktəblərdə futbolla məşğul olmasıdır. Futbolla məşğul olanların sayının artırılması da qarşıya qoyulan əsas hədəflərdəndir".