Səudiyyə Ərəbistanın "ACWA Power" şirkəti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında dövlət-özəl tərəfdaşlığı (PPP) müqaviləsi imzalanacaq.
“İki sahil” xəbər verir ki, bu müqavilənin imzalanması sentyabrın 10–12-də Bakıda keçiriləcək 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutacaq.
Bildirilir ki, "Baku Water Week" çərçivəsində yeni əməkdaşlıqlar gözlənilir.
Bundan başqa, "ACWA Power" ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu arasında birgə tədqiqat və təcrübə mübadiləsini nəzərdə tutan Anlaşma Memorandumu da imzalanacaq.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev