Xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olarkən nəqliyyat vasitələrinin sahibləri “Yaşıl Kart” beynəlxalq sığorta müqaviləsi təqdim etmədikdə həmin nəqliyyat vasitəsi üçün sərhəd sığorta müqaviləsi bağlanmalıdır. Hazırda bu müqavilələr sərhəd-keçid məntəqələrində sığorta şirkətlərinin əməkdaşları tərəfindən yerində rəsmiləşdirilir.
“İki sahil” xəbər verir ki, “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqından bildirilib ki, oktyabrın 1-dən etibarən sərhəd-keçid məntəqələrində sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq. Müqavilələr yalnız əvvəlcədən – “www.tpl.az” onlayn platforması vasitəsilə və ya ölkə ərazisində fəaliyyət göstərən sığorta şirkətlərinə müraciət etməklə bağlanacaq.
İSB tərəfindən istifadəyə verilmiş “www.tpl.az” platforması vasitəsilə xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sahibləri və sürücüləri ölkəyə daxil olmazdan əvvəl sərhəd sığorta müqaviləsini onlayn şəkildə rəsmiləşdirə bilərlər. Platformanın istifadəçiləri ilkin olaraq sığorta şirkətini seçir, daha sonra zəruri məlumatları daxil etməklə ödənişi onlayn qaydada həyata keçirirlər. Ödəniş təsdiqləndikdən sonra sığorta şəhadətnaməsi elektron qaydada tərtib olunaraq qüvvəyə minir.
Platforma sərhəd-keçid məntəqələrində növbələrin və gecikmələrin qarşısını almaqla yanaşı, xidmətin daha sürətli və rahat göstərilməsinə imkan yaradır.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev