İndiyədək ölkə ərazisində 108 min 255 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Dövlət Vergi Xidmətindən "İki sahil"ə bildirilib ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Cari ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 637 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyard manat, yaxud 12,3 faiz çoxdur.
Təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib