05 sentyabr 2025 11:28
165

Mayk Tayson Floyd Meyvezerlə döyüşəcək

Super ağırçəkili boksçu, "Dəmir Mayk" ləqəbli keçmiş dünya çempionu əfsanəvi Mayk Taysonun növbəti döyüşü müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu haqda o, öz sosial şəbəkə hesabında məlumat yayıb. 

Mayk Tayson beş çəki kateqoriyasında keçmiş dünya çempionu Floyd Meyvezerlə qarşılaşacaq. Döyüş 2026-cı ilin yazında keçiriləcək.

Qeyd edək ki, Tayson peşəkar karyerası ərzində 58 döyüşə çıxıb, 50 qələbə (44 nokaut) qazanıb. 2017-ci ildə peşəkar karyerasını yekunlaşdıran Meyvezer isə 50 döyüşün hər birində qələbə qazanıb (27 nokaut).