05 sentyabr 2025 09:16
149

Montellaya Türkiyə vətəndaşlığı veriləcək

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu DÇ-2026-nın seçmə mərhələsinin ilk turundan Gürcüstanla oyundan (3:2) sonra maraqlı bir açıqlama verib.

“İki sahil” xəbər verir ki, o, millinin baş məşqçisi Vinçenzo Montellaya Türkiyə vətəndaşlığı veriləcəyini bildirib.

Hacıosmanoğlu 2023-cü ildən milli komandanın baş məşqçisi olan italyan Vinçenzo Montellanın Türkiyə vətəndaşılığını qəbul edəcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib və bu iddiaları təsdiqləyib. "Vinçenzo Montellanı ən qısa zamanda Türkiyə vətəndaşı edəcəyik" - deyə o bildirib.

Qeyd edək ki, Vinçenzo Montella 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi təyin olunub. O, yığma ilə ümumilikdə 24 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 13 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.