02 sentyabr 2025 15:29
146

Digahda bir nəfər süni sututarında batıb

Abşeron rayonunun Digah qəsəbəsində bir nəfər süni sututarında batıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.