02 sentyabr 2025 10:14
125

Sudanda torpaq sürüşməsi mindən çox adamın ölümünə səbəb olub

Sudanın Darfur regionunda torpaq sürüşməsi nəticəsində azı min sakin həyatını itirib.

“İki sahil” xəbər verir ki, bu barədə Afrika mediası məlumat yayıb. Bildirilir ki, dağın ətəyində yerləşən Tarastin kəndində təbii fəlakət zamanı cəmi 1 nəfər sağ qalıb.

Sudanda 3 ildir davam edən vətəndaş müharibəsi ölkənin bir çox ərazisində aclığa və yoluxucu xəstəliklərin yayılmasına səbəb olub.