02 sentyabr 2025 08:55
116

İsmayıllıda elektrik enerjisinin verilişində fasilə yaranacaq

İsmayıllı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110 kV-luq "Qəbələ-1" hava xəttində sentyabrın 2-də gücləndirmə işləri həyata keçiriləcək.  

“İki sahil” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.  

Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək rayonun Buynuz, İstisu, Qalacıq, Sumağallı, Topçu kəndlərində, eləcə də bir sıra sahibkarlıq obyektlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.  

Gücləndirmə işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.