01 sentyabr 2025 20:40
138

Partlayıcı maddələr istehsal edən müəssisədə partlayış olub

Türkiyənin Aydın vilayətində partlayıcı maddələr istehsal edən müəssisədə partlayış olub.

“İki sahil” xəbər verir ki, hadisə Çine rayonunda qeydə alınıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. 

Hadisə nəticəsində ikisi jandarm, biri polis olmaqla 10 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.