01 sentyabr 2025 18:44
146

"Energocom" Moldovanın rəsmi qaz təchizatçısı oldu

Energocom sentyabrın 1-dən rəsmi olaraq Moldovanın təbii qaz təchizatçısı olub.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Təbii qazın mövcud tarifinin dəyişməz qaldığı dəqiqləşdirilir.

Bundan əvvəl Moldovanın reinteqrasiya məsələləri üzrə baş nazirinin müavini Oleq Serebryan bildirmişdi ki, Dnestryanı enerji böhranının “Rusiya faktoru” olmadan həllinə razı olmalıdır.