01 sentyabr 2025 11:04
330

Qubanın rayon mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB

Yanğın artıq söndürülüb

***

Quba şəhəri 32-33-cü məhəllə ünvanında, Əzizov Natiqə məxsus fərdi yaşayış evinin həyətində yığılmış quru ot tayası yanır. 

Hadisə yerinə Quba Yanğından Mühafizə Bölməsinin 3 ədəd texnikası və canlı qüvvəsi cəlb olunub. 

Qeyd edək ki, yanğın ocağına yaxın olan yaşayış evi və qapı-pəncərə sexi yanğın təhlükəsi yaranıb. Quba Yanğından Mühafizə Bölməsinin hadisə yerində olan əməkdaşlarının məlumatına görə,  yaşayış evi və obyekt yanğından mühafizə olunub. 

Yanğının söndürülməsi istiqamətində işlər aparılır. 

Aydın Adıgözəlov,
Quba, "İki sahil" qəzeti üçün