01 sentyabr 2025 03:27
107

Samuxda ikimərtəbəli evdə yanğın olub

Samux şəhərində həyətyanı sahədə yığılan 1 m³ odun, bitişik ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli, 5 otaqlı evin 1 otağının 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, dam örtüyünün taxta atmaları 4 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.