Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Xankəndidə işəgötürənlərlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması, sahibkarlarla əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsinə həsr edilib. Eyni zamanda, əməkdaşlığın gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, sakinlərin məşğulluğunun təminatı istiqamətlərində görüləcək birgə işlər müzakirə olunub, işəgötürənlərin təklifləri dinlənilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında sahibkarlıq üçün geniş imkanların mövcud olduğu, sahibkarlara dövlətin hərtərəfli dəstək göstərdiyi vurğulanıb.
"Böyük Qayıdış" Proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində aparılan işlər nəzərdən keçirilib. Bildirilib ki, sakinlərin sosial rifahının yaxşılaşdırılması və onların iqtisadi fəallığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir