Cənubi Qafqazda sülh və rifah üçün tarixi bir imkan yaranıb.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 30 avqust-Zəfər bayramı münasibətilə Bakıda keçirilən qəbulda deyib.
O, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş son razılaşmanı alqışladıqlarını və Azərbaycanı bu yolda dəstəkləyəcəklərini vurğulayıb:
"Türkiyə olaraq biz bu imkandan faydalanmaq istiqamətindəki səyləri dəstəkləməyə və qardaş Azərbaycanın yorulmaz fəaliyyətində onun yanında olmağa davam edəcəyik".
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar