"Azərbaycan Hava Yolları" QSC (AZAL) oktyabrın 27-dən etibarən Maldiv adalarına birbaşa uçuşları bərpa edəcək.
“İki sahil” bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, uçuşlar Bakı–Male istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Biletləri AZAL-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə bron etmək mümkündür.
Xatırladaq ki, AZAL ilk dəfə 9 noyabr 2024-cü ildə Male şəhərinə birbaşa uçuşlara başlayıb.
KOB subyektləri məhz inkluziv artımın və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır
Ələt azad iqtisadi zonası, sənaye parkları, işğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri qüvvədədir