29 avqust 2025 12:42
201

Sabah hava NECƏ OLACAQ? - XƏBƏRİNİZ OLSUN

Avqustun 30-da Bakıda 36, rayonlarda 38 dərəcə isti gözlənilir. 

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və  Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.