28 avqust 2025 14:40
123

SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 67 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 137 min 987 tondan çox mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.

Bu barədə “İki sahil” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bu, 2024-cü ilin ilk yarımili ilə müqayisədə müqayisədə 55 min 238 ton və ya 66,7 % çoxdur.

Bu ilin iyun ayında STAR NEZ tərəfindən 28 min 529 tondan çox LPG istehsal edilib. Bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə 20 min 247 ton və ya 3,4 dəfə çoxdur.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 551 min 162 ton, iyun ayında 99 milyon 403 min 874 tona yaxın dizel yanacağı istehsal edilib. Bu, bir il öncəki dövr ilə müqayisədə müvafiq olaraq 75 min 760 ton (15,9 %) və 15 min 257 ton (18,1 %) çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.