Məşhur türk müğənni, bəstəkar və aktyor Özcan yenidən Bakıya gəlir.
“İki sahil”in məlumatına görə, minlərlə azərbaycanlı pərəstişkarının səbirsizliklə gözlədiyi bu xüsusi tədbir məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşəbbüsü ilə həyata keçiriləcək. Möhtəşəm kosert proqramı oktyabrın 31-i Bakı Konqres Mərkəzində gerçəkləşəcək.
Bu gecə musiqi və duyğunun harmoniyası ilə seçiləcək. Özcan Denizin sevilən hitləri, romantik mahnıları və xüsusi səhnə performansı izləyicilərə unudulmaz anlar yaşadacaq.
Qeyd edək ki, biletləri iticket.az saytından əldə etmək mümkündür.
Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb
Pakistanın federal nazirinə Azərbaycanın “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verilib