27 avqust 2025 11:34
130

Avqust ayının bütün sosial ödənişləri yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayının bütün sosial ödənişləri başa çatdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Belə ki, avqustun 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə avqust ayının pensiyaları, avqustun 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib. Avqustun 27-də isə avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları verilib.