25 avqust 2025 15:01
157

Stubb: Rusiya Ukrayna üçün Avropa və ABŞ-a zəmanət şərtlərini diktə edə bilməz

Finlandiya prezidenti Alexander Stubb bildirib ki, ABŞ və Avropa ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin detallarını müzakirə etməyə başlayıblar. O əlavə edib ki, Moskvanın bu zəmanətlərin şərtlərini Kiyevin müttəfiqlərinə diktə etmək hüququ yoxdur.

“İki sahil” xəbər verir ki, Alexander Stubb bu haqda Fox News-a müsahibəsində deyib.

“Rusiya Avropa və ya ABŞ-a nəyi edə və ya edə bilməyəcəyini diktə edə bilməz". deyə, Stubb bildirib.

Qeyd edək ki, söhbətin yazısı Finlandiya prezidentinin X sosial şəbəkəsindəki səhifəsində dərc edilib.

Avqustun 19-da “Bloomberg” xəbər verib ki, 10-a yaxın Avropa ölkəsi təhlükəsizlik təminatının təmin edilməsi çərçivəsində Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırdır. Rusiya Xarici İşlər Nazirliyi xarici hərbçilərin Ukraynada olmasını qəbuledilməz adlandırıb.