Bu gün Sumqayıt şəhərində 1300 abonentin qazı kəsiləcək.
“İki sahil” xəbər verir ki, Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən balans 87-də orta təzyiqli d-108 mm qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 15:30-dan etibarən, 1300 abonentin qaz təchizatında fasilə yaranacaq.
Qeyd olunan ərazidə qaz təchizatının nə vaxt bərpa ediləcəyi açıqlanmayıb.
Səbail və Yasamal rayonlarının bəzi ərazilərində su təchizatında fasilə yaranacaq
Media və Yayım Şurası onlayn və çap media subyektlərinə dəstək müsabiqəsi elan edib