Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun Almaniyanın “Welt” nəşrinin Çinin Ukraynada mümkün beynəlxalq sülhməramlı missiyada iştirak etməyə hazır olması barədə məlumatını təkzib edib.
“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
"Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və birmənalı olaraq qalır"- nümayəndə bildirib.
“Welt”in Avropa İttifaqındakı diplomatik mənbələri Çin rəsmilərinə istinadən bildiriblər ki, Pekin Ukraynaya sülhməramlılar göndərməyə hazırdır. Nəşrin həmsöhbətləri vurğulayıblar ki, hökumət bu addımı yalnız "sülhməramlı qüvvələr BMT mandatı əsasında yerləşdiriləcəyi təqdirdə" atacaq.