22 avqust 2025 17:01
112

Lənkəranda qadının üzərinə beton pilitə aşıb VİDEO

Lənkəran şəhərində yaşayış evinin beton pilitədən ibarət hasarının uçması nəticəsində qadın xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 1964-cü il təvəllüdlü Brilyant Davud qızı Babayevanın fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin tətbiqi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində B.Babayeva xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.