Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
“İki sahil” xəbər verir ki, Xidmətdən verilən məlumata görə, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 metrdək güclənir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.