Özbəkistanın Mərkəzi Asiya Universitetinin nümayəndə heyəti və tələbələri Bakı Ali Neft Məktəbinə (BANM) səfər ediblər.
Görüşdə Bakı Ali Neft Məktəbinin Ümumi işlər üzrə prorektoru Babək Məmmədov, Strateji inkişaf üzrə prorektor Güldənə Hidayətli və Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov iştirak ediblər.
Tədbir zamanı qonaqlara BANM-ın fəaliyyəti, tədris prosesi, beynəlxalq əməkdaşlıqları və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Kampus turu təşkil olunub,tələbələrə tədris korpusları, laboratoriyalar nümayiş etdirilib.
BANM-ın təşkilatçılığı ilə nümayəndə heyəti “Veysəloğlu” Şirkətlər Qrupuna da səfər edib.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO