20 avqust 2025 10:27
126

Azərbaycandan xarici bazarlara pomidor ixracı 22,8 faiz artıb

Azərbaycandan xarici bazarlara pomidor ixracında ciddi artım müşahidə olunur.

Kənd Təsərrüfatı Nazirliyindən “İki sahil”ə bildirilib ki, bu ilin yanvar-iyul aylarında ölkəmizdən 143,577.7 ton pomidor ixrac edilib. Pomidor ixracının ümumi dəyəri 157 milyon dollara yaxındır.

Bu ilin ilk 7 ayı ərzində pomidor ixracında həcm olaraq 22,8 faiz, dəyər olaraq 12,4 faiz artım qeydə alınıb.

Xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracı davam edir.