Ağ Ev ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürən 7 ölkənin siyahısını dərc edib.
“İki sahil” xəbər verir ki, bəyanatın mətni administrasiyanın X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Siyahıya İsrailin baş naziri Benyamin Netanyahu, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Kambocanın baş naziri Hun Sen, Qabon prezidenti Bris Oliqi Nqema, Ruandanın xarici işlər naziri Olivye Nduhungirehe və Pakistan hökuməti daxildir.
İyulun 24-də respublikaçı konqresmen Buddi Karter Nobel Komitəsinə rəsmi məktub göndərərək Donald Trampa Sülh Mükafatının verilməsini təklif edib. Bundan bir qədər əvvəl Pakistan hökuməti də ölkənin Hindistanla münaqişəsinə “diplomatik müdaxilə” üçün Trampı bu mükafata namizəd göstərmişdi.
ABŞ prezidentinin özü bu mükafata layiq olduğunu bildirsə də, onun sözlərinə görə, bu, “yalnız liberallara verilir”.