13 avqust 2025 11:07
291

YAP Bərdə rayon təşkilatı 600-dən yuxarı bal toplamış tələbə gənclərlə görüş keçirib

YAP Bərdə rayon təşkilatı "Konstitusiya və Suverenlik İli" çərçivəsində 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə ali məktəblərə bu ilin qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbə gənclərlə görüş keçirib. 

Görüşdən öncə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Müzəffər Liderimiz cənab İlham Əliyev və ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən danışib,  qazanılan qələbələrdə gənclərin rolunu xüsusi qeyd edərək tələbə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbirdə Qaradağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov çıxış edərək cari ildə Bərdə təhsilində əldə olunan uğurlardan danışaraq gəncləri qazandıqları uğurlara görə təbrik edib.
Bütün şəhid ailələri adından şəhid Elməddin Hüseynzadənin anası Arzu Hüseynova, Vətən müharibəsində ilk gündən Şuşayadək döyüşlərdə iştirak etmiş qazi Ümman Baxşəliyev, Qayalı kənd tam orta məktəbin direktoru Vəfa Abdullayeva, 694,5 bal toplayaraq Qarabağ üzrə ən yüksək bal toplamış və Prezident təqaüdünə namizəd, Əyricə kənd tam orta məktəbin məzunu İbrahimov Emin Anar oğlu, şəhər 5 saylı tam orta məktəbin qızıl medallı məzunu, 678 bal toplamış Rzayeva Elminaz Nofəl qızi,   valideynlər adından 642 bal toplamış Mustafazadə Nəzrin Yusif qızının babası  Mustafayev Asif Yusif oğlu çıxış edərək bildiriblər ki, Vətən müharibəsində əldə olunan Qələbəni möhkəmləndirməyin yolu bugün daha dərin bilik əldə edərək Vətənə xidmətdən keçir. Onlar çıxışlarında bugün bu istiqamətdə gənclərə yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qaradağ Regional Mədəniyyət İdarəsi Bərdə Mədəniyyət Mərkəzinin kollektivi ifa etdikləri şeir və mahnılarla tədbiri rövnəqləndiriblər.
Sonda YAP Bərdə rayon təşkilatı tərəfindən tələbə adı uğrunda ən yüksək nəticə qazanmış gənclərə foyedə Ulu öndər Heydər Əliyevin büstü önündə hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.